XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:47:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Brilliant Dadaşova: “Son bir ayda bacım və qardaşım ürək əməliyyatı keçirdi”

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında etdiyi paylaşımda ailə üzvlərinin səhhəti ilə bağlı məlumat verib.
Müğənninin sözlərinə görə, son bir ay ərzində həm bacısı, həm də qardaşı ürək əməliyyatı keçirib. O, yaxınlarının sağlamlığı naminə vaxtında tibbi müdaxilənin vacibliyini vurğulayaraq insanlara səhhətlərinə laqeyd yanaşmamağı tövsiyə edib.
“Son 1 ay ərzində bacımı və qardaşımı ürək əməliyyatına məcbur etdim. Əzizlərimizi yaşatmağa gecikməyək”, – deyə Brilliant Dadaşova paylaşımında qeyd edib.
Xalq artisti eyni zamanda əməliyyatları həyata keçirən həkimlərə minnətdarlığını bildirib, onların hər zaman insanların sağlamlığı keşiyində olmasını arzulayıb.

Odlar.media

Etiketlər: