🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Krım körpüsü bağlanıb, yollarda 800-dən çox avtomobil qalıb

Odlar.media xəbər verir ki, Krım körpüsünün bağlanması nəticəsində körpüyə aparan yollarda 800-dən çox avtomobilin qaldığı bildirilir.
Məlumat Rusiya mətbuatına istinadən yayılıb.
Qeyd olunur ki, Krım körpüsünün bağlanmasına səbəb kimi Ukrayna ordusunun Krıma həyata keçirdiyi kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu göstərilir. Hadisədən sonra körpüdə hərəkətin dayandırıldığı və nəqliyyat sıxlığının yarandığı bildirilib.