Odlar.media xəbər verir ki, ünvanlı dövlət sosial yardımlarının bu ayın 24-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulur.
Məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilib.
Qeyd olunub ki, respublika üzrə pensiyaların ödənişi isə iyunun 19-da həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial ödənişlərin qrafik üzrə icrası davam etdirilir.
