🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq

Odlar.media xəbər verir ki, Azərbaycanda 25 iyun tarixi qısaldılmış iş günü kimi müəyyən edilib.
Məlumata görə, bu, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş gününün bir saat qısaldılması qaydası ilə bağlıdır. Belə ki, 26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.
Qeyd olunur ki, 26 iyun cümə gününə təsadüf etdiyindən, beşgünlük iş həftəsində çalışanlar üçün ardıcıl üç günlük istirahət imkanı yaranacaq.