🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:56   •   🌡️ Bakı

DİN-dən piyadalara və sürücülərə təhlükəsizliklə bağlı müraciət

Odlar.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi piyadalara və sürücülərə yol hərəkəti təhlükəsizliyi ilə bağlı müraciət edib.
Müraciətdə qeyd olunub ki, piyada keçidlərini nəzərə almadan yolun hərəkət hissəsindən keçmək həyat üçün ciddi təhlükə yaradır və belə halların qarşısını almaq üçün vətəndaşlar mütləq keçidlərdən istifadə etməlidirlər.
Bildirilib ki, təhlükəsiz və rahat şəkildə mənzil başına çatmaq üçün qaydalara əməl etmək vacibdir.
Sürücülərə ünvanlanan çağırışda isə vurğulanıb ki, diqqətin yolda və sürət həddində saxlanılması, xüsusilə çoxzolaqlı yollarda piyada hərəkətinə həssas yanaşılması qəzaların qarşısının alınmasında mühüm rol oynayır.