Odlar.media xəbər verir ki, iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivləri, siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflərin regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər istiqamətlər ətrafında fikir mübadiləsi apardığı bildirilib.
