Odlar.media xəbər verir ki, Bakının Biləcəri qəsəbəsində oğluna bıçaqla ağır xəsarət yetirməkdə təqsirləndirilən şəxsə məhkəmə hökmü oxunub.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 1979-cu il təvəllüdlü Nazim Əliyevi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilib.
İstintaq materiallarına əsasən, ailə vəziyyəti və illər əvvəl baş verən ayrılıqdan sonra Teymur nənə və babasının himayəsində böyüyüb. Hadisədən bir neçə ay əvvəl ata ilə oğul arasında sərxoşluq səbəbilə mübahisə yaranıb və mübahisə zamanı N.Əliyev oğluna kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. Zərərçəkən xəstəxanaya çatdırılaraq həyata qaytarılıb.
Məhkəmədə zərərçəkmiş şəxs atasından şikayətçi olmadığını bildirib və yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
