XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:39:54 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İran XİN başçısı: Vasitəçilik nəticəsində mühüm razılaşmalar əldə olunub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələr zamanı Qətər və Pakistanın vasitəçiliyi ilə bir sıra mühüm məsələlər üzrə razılıq əldə edilib.
Bu barədə İranın xarici işlər naziri Abbas Arakçı sosial şəbəkədəki X hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, Pakistan və Qətərin fasiləsiz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində ciddi irəliləyiş əldə olunub.
Abbas Arakçı bildirib ki, əldə olunan razılaşmalar çərçivəsində neft və neft-kimya məhsullarının ixracına tətbiq edilən rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, dondurulmuş aktivlərin bir hissəsi açılıb. Bundan əlavə, İranın bərpası və inkişafına yönəlmiş genişmiqyaslı proqramın icrasına başlanılıb.

Etiketlər: