🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:47   •   🌡️ Bakı

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi kəsiləcək

Odlar.media xəbər verir ki, bu gün Yasamal və Nizami rayonlarının bəzi ərazilərində planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
“Azərişıq” ASC-nin məlumatına görə, iyunun 22-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq küçəsi, Mətbuat prospekti və Parlament prospektinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Həmçinin, həmin gün Nizami RETSİ-nin ərazisində yerləşən Transformator Məntəqəsində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Şirin Mirzəyev və Əliağa Kürçaylı küçələrinin bəzi hissələrində də elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.