XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:39:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda bir sıra əsas yollarda nəqliyyat sıxlığı müşahidə olunur

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

.
Odlar.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Məlumata əsasən, hazırda Bakının aşağıdakı küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
Bakı–Sumqayıt şosesində, “20 Yanvar” metro stansiyası istiqamətində;
Tbilisi prospektində, “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;
1-ci Gölkənarı yolunda, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospektində, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyədək olan hissədə.
Sürücülərə qeyd olunan istiqamətlərdə hərəkət edərkən sıxlığı nəzərə almaları və mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Etiketlər: