XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:22:57 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Günel Natiqdən ata sevgisini tərənnüm edən şeir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Bu gün atalar günü imiş

Və atam haqqında

Mənim atam nə kimsəyə bənzərdi,
Nə də kimsə bənzəyə bildi ona.
Mənim atam bu dünyada tək idi;
bir özü, bir də özü.
Nə dünyanın işi vardı onunla,
Nə onun umacağı dünyadan.
Köhnə bir stolu vardı
Yazar, yazardı…
Atam öləndən sonra atdıq o stolu,
Çox köhnə idi, sınıq idi.
İndi anlayıram:
o sınıqlar çox şeyi bütöv saxlayırdı.

 

Müəllif: Günel Natiq

Mənbə: Odlar.media

 

Etiketlər: