XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:35:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

ABŞ Avstraliyanı məğlub edərək növbəti mərhələyə yaxınlaşdı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, 2026-cı il futbol üzrə dünya çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.
Turnirin ev sahiblərindən biri olan ABŞ millisi Avstraliya yığması ilə qarşılaşıb.
Görüşə fəal başlayan amerikalılar hesabı 11-ci dəqiqədə açıblar. Avstraliya millisinin futbolçusu Börcess topu öz qapısından keçirərək ABŞ-ı önə çıxarıb. İlk hissənin son dəqiqəsində isə Friman baş zərbəsi ilə fərqlənərək hesabı 2:0-a çatdırıb.
İkinci hissədə qol qeydə alınmayıb və qarşılaşma ABŞ-ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra ABŞ millisi xallarının sayını 6-ya yüksəldərək qrupda mövqeyini möhkəmləndirib. Avstraliya isə 3 xalla qalıb.
Qeyd edək ki, D qrupunun II turunun digər oyununda Türkiyə millisi Paraqvayla üz-üzə gələcək.
Dünya çempionatı – D qrupu, II tur
ABŞ – Avstraliya 2:0
Qollar: Börcess, 11 (avtoqol), Friman, 45.
ABŞ: Friz, Friman, Riçards, Rim, Robinson, Tillman, Adams, Dest, Pepi, Makkenni, Baloqun.
Avstraliya: Biç, Bos, Börcess, Souttar, Çirkati, İtalyano, Velupillay, Okon-Enstler, O’Nil, Lekki, Ture.

Etiketlər: