🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:32   •   🌡️ Bakı

Prezident İlham Əliyev Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Odlar.media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.
Görüş zamanı dövlət başçısı çıxış edərək Azərbaycan və Dağıstan xalqları arasında tarixi dostluq, qohumluq və əməkdaşlıq münasibətlərindən danışıb. Prezident bildirib ki, bu əlaqələr regionda sabitlik və inkişafın mühüm amillərindən biridir.
İlham Əliyev çıxışında ailələr arasında tarixi bağlara toxunaraq, Ulu Öndər Heydər Əliyev ilə Dağıstanın keçmiş rəhbərliyi arasında olan dostluq münasibətlərini xatırladıb. O, həmçinin babası Əziz Əliyevin Dağıstanla bağlı xidmətlərini qeyd edib.
Prezident çıxışının sonunda Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif etdiyini bildirib və mükafatı şəxsən təqdim edib.
Qurban Qurbanov isə göstərilən diqqət və yüksək mükafata görə təşəkkürünü ifadə edib, Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb.