🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Şəhid qızı Aydan Hüseynova Avropa çempionu oldu

Odlar.media xəbər verir ki, Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Taekvondo üzrə Klublararası Avropa çempionatında Azərbaycan idmançısı Aydan Hüseynova uğurlu nəticə əldə edib.
Aydan Hüseynova 33 kiloqram çəki dərəcəsində Bosniya və Herseqovina, Türkiyə və Ukraynadan olan rəqiblərini məğlub edərək finala yüksəlib.
Final görüşündə Türkiyəni təmsil edən idmançı üzərində qələbə qazanan Aydan Hüseynova Avropa çempionu adına layiq görülüb.
İdmançı Göygöl rayon İrəvan İdman Mərkəzinin yetirməsidir.
Qeyd edək ki, Aydan Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuş Elbrus Hüseynovun qızıdır.