🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Yaşlı insanların daha az yatmasının səbəbləri açıqlanıb – 3 əsas faktor

Odlar.media xəbər verir ki, yaşlı insanların yuxu rejimində baş verən dəyişikliklər təkcə yaşlanmanın təbii nəticəsi kimi deyil, orqanizmdə baş verən konkret bioloji proseslərlə izah olunur.
Yuxu tədqiqatçısı və neyrobioloq Metyu Uoker bildirir ki, yaş artdıqca yuxunun keyfiyyəti və dərinliyi azalır və bu proses bir neçə əsas dəyişikliklə bağlıdır.
Mütəxəssislərin açıqlamalarına görə, yaşlı insanların daha az və keyfiyyətsiz yatmasının 3 əsas səbəbi var:
1. Dərin yuxunun azalması
Yaş artdıqca orqanizmin bərpa prosesi üçün vacib olan dərin yuxu mərhələsi qısalır. Bu isə yaddaşın zəifləməsi, diqqətin azalması və gün ərzində yorğunluqla nəticələnə bilər.
2. Yuxunun tez-tez pozulması
Xroniki xəstəliklər, ağrılar, dərmanların yan təsirləri və gecə oyanmaları yuxunun fasiləsizliyini azaldır. Nəticədə insanlar gecə ərzində bir neçə dəfə oyanır və yuxunun keyfiyyəti aşağı düşür.
3. Bioloji saatın dəyişməsi
Yaşla birlikdə melatonin hormonunun ifrazı daha erkən başlayır. Bu səbəbdən yaşlı insanlar axşam saatlarında tez yuxulaya, səhər isə çox erkən oyana bilirlər.
Mütəxəssislər vurğulayırlar ki, yaşlı insanların gənclərlə müqayisədə daha az yuxuya ehtiyacı yoxdur. Əksinə, problem yuxu miqdarında deyil, onun keyfiyyətindədir. Keyfiyyətsiz yuxu isə ürək-damar xəstəlikləri, depressiya və yaddaş pozğunluğu riskini artıra bilər.