🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 01:35   •   🌡️ Bakı

Şəbnəm Tapdıq müğənniləri tənqid etdi: “Bayrağımızın mənasını bilmirlər”

Odlar.media xəbər verir ki, əməkdar artist Şəbnəm Tapdıq bəzi həmkarlarının Azərbaycan bayrağının rənglərinin mənasını bilməməsini tənqid edib.
Sənətçi “Xəzər axşamı” proqramında qonaq olarkən bildirib ki, bəzi ifaçılar üçrəngli dövlət bayrağının simvolikasından xəbərsizdir.
“Bəzən ifaçılardan Azərbaycan bayrağındakı rənglərin nəyi tərənnüm etdiyini soruşuram, bilmirlər. Ayıb deyil? Azərbaycan vətəndaşı hər şeydən əvvəl bayrağımızın mənasını bilməlidir. Məşhur adam, müğənni bunu bilməlidir”, – deyə o qeyd edib.
Şəbnəm Tapdıq həmçinin səfərlər zamanı yaşadığı bəzi təcrübələrə də toxunaraq, dövlət rəmzləri və onların mənasının hər bir vətəndaş tərəfindən bilinməsinin vacibliyini vurğulayıb.