XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:16:21 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

DİM 21 iyun tarixində təkrar imtahanlar keçirəcək – iştirak qaydaları açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təkrar imtahanların keçiriləcəyini açıqlayıb.
Məlumata görə, imtahanlar Bakı, Abşeron və Sumqayıt şəhərlərində təşkil olunacaq. Təkrar imtahanda 25–27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə biləcəklər.
Qurumdan bildirilib ki, iştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni onlayn şəkildə çap etməlidirlər. İmtahanlar saat 10:00-da başlanacaq və 09:45-dən sonra gələn şəxslər binaya buraxılmayacaq.
Abituriyentlərin imtahana aşağıdakı sənədlərlə gəlməsi tələb olunur:
buraxılış vərəqəsi
şəxsiyyəti təsdiq edən sənədin əsli
şəkilli arayış (şəxsiyyət vəsiqəsində foto olmadıqda)
Məlumata əsasən, ümumilikdə 365 nəfərin imtahanda iştirakı nəzərdə tutulur. Onlardan 6 nəfəri sağlamlıq imkanları məhdud şagirdlərdir və onlar üçün xüsusi şərait yaradılacaq.
İmtahanların idarə olunmasına 3 ümumi rəhbər, 6 imtahan rəhbəri, 41 nəzarətçi, 6 buraxılış rejimi əməkdaşı və 3 bina nümayəndəsi cəlb olunacaq.

Etiketlər: