🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:57   •   🌡️ Bakı

Astarada dəhşətli qəza: avtomobil dərəyə aşdı, ölən və yaralananlar var

Odlar.media xəbər verir ki, Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Təxtənəkəran–Hamuşam kənd yolunda qeydə alınıb. Məlumata görə, Niləşə kənd sakini Tərlan Sənham oğlu Eyvazovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib.
Avtomobildə olan sərnişinlər — 1977-ci il təvəllüdlü Azər Xanoğlan oğlu Rzayev, 1980-ci il təvəllüdlü İbrahim Xanəhməd oğlu Məmmədov və 1980-ci il təvəllüdlü Nazim Balağa oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan A.Rzayevin vəziyyətinin ağır olduğu bildirilir və o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralıların müalicəsi isə təcili yardım şöbəsində davam etdirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.