🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:20   •   🌡️ Bakı

Kələm dolmasının dadını artıran sadə üsul açıqlanıb

Odlar.media xəbər verir ki, kələm dolmasının hazırlanmasında tətbiq edilən kiçik bir dəyişiklik yeməyin həm dadını, həm də görünüşünü xeyli yaxşılaşdıra bilər.
Məlumata görə, peşəkar aşpazlar dolmanı qazana yığmazdan əvvəl onu əvvəlcə tavada yüngül şəkildə qızartma üsulundan istifadə edirlər. Bu metod dolmanın daha ətirli və ləzzətli olmasına kömək etməklə yanaşı, bişirmə zamanı yarpaqların açılıb dağılmasının qarşısını alır.
kələm dolması hazırlanarkən dolmaların əvvəlcə tavaya düzülməsi və az miqdarda bitki yağı ilə orta odda, qapaqsız şəkildə yüngül qızardılması tövsiyə olunur. Dolmaların hər iki tərəfi azacıq qızılı rəng alana qədər bu proses davam etdirilir.
Daha sonra dolmalar qazana yerləşdirilir, üzərinə az miqdarda su əlavə olunur və zəif odda bişirilməyə qoyulur. Bu üsul nəticəsində həm kələm yarpaqları, həm də içlik tam bişir, eyni zamanda dolmalar öz formasını itirmir.
Nəticədə daha səliqəli, ətirli və dadlı dolma əldə edilir. Aşpazların istifadə etdiyi bu sadə texnika yeməyin ümumi keyfiyyətini nəzərəçarpacaq dərəcədə artırır.