🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 03:48   •   🌡️ Bakı

Avropa diplomatiyasının rəhbəri: Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasında mühüm rolu var Writing

Odlar.media xəbər verir ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Yunanıstanı Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığa mane olmamağa çağırıb.
Kallas bu barədə Yunanıstanın “Ta Nea” qəzetinə müsahibəsində danışıb. O bildirib ki, Avropa Birliyinin 150 milyard avroluq SAFE müdafiə proqramına Türkiyənin qoşulması ilə bağlı Afinanın etirazlarına baxmayaraq, AB Ankara ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Onun sözlərinə görə, Türkiyə hazırda SAFE proqramının iştirakçısı olmasa da, Avropa İttifaqına üzv dövlətlərin əksəriyyəti NATO çərçivəsində Ankara ilə daha sıx əməkdaşlıq etməyə çalışır.
Kaya Kallas Türkiyənin iki AB üzvünü təhdid etməsi ilə bağlı sualı cavablandırarkən də Avropanın xüsusilə müdafiə və təhlükəsizlik sahəsində Türkiyə ilə əməkdaşlığa ehtiyac duyduğunu vurğulayıb.
“Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasında mühüm yeri var”, – deyə o bildirib.