XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:51:24 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Arakçı və Lavrov ABŞ–İran memorandumunu müzakirə ediblər

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər ABŞ və İran arasında imzalanmış memorandumun detalları ətrafında fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Abbas Arakçı sənədin əsas müddəaları barədə rusiyalı həmkarını məlumatlandırıb. O, memorandumun effektiv şəkildə icrası üçün ABŞ-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini vurğulayıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

Etiketlər: