XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:53:01 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bryanskda avtobusa PUA hücumu: Bir nəfər ölüb, altı nəfər yaralanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ukrayna ordusunun Rusiyanın Bryansk vilayətində Belarusdan olan uşaq futbol komandasını daşıyan avtobusa pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyi iddia olunub.
Bu barədə Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən İqor Kovalçuk məlumat verib.
Onun sözlərinə görə, Qomel şəhərindən olan uşaq futbol komandası istirahət üçün Gelencikə gedərkən avtobus təyyarə tipli pilotsuz uçuş aparatı tərəfindən vurulub.
Rəsmi məlumata əsasən, hadisə nəticəsində bir qadın həlak olub, dördü uşaq olmaqla altı nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır. Ukrayna tərəfi isə hələlik sözügedən iddialarla bağlı rəsmi açıqlama verməyib.

Etiketlər: