🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Polşa Almaniyanın əlavə təhlükəsizlik zəmanətləri təklifini qəbul etmədi

Odlar.media xəbər verir ki, Polşa ilə Almaniya arasında yeni hərbi əməkdaşlıq sazişi üzrə aparılan danışıqlarda diqqətçəkən məqam ortaya çıxıb. Varşava Berlinin əlavə təhlükəsizlik zəmanətləri ilə bağlı təklifini qəbul etməyib.
Məlumata görə, yeni sazişin Varşavada imzalanması nəzərdə tutulur və sənədə hər iki ölkənin müdafiə qurumlarının rəhbərləri imza atacaqlar. Razılaşma son 15 ildə qüvvədə olan müdafiə sahəsində çərçivə müqaviləsini əvəz edəcək.
Almaniya tərəfi sənədə NATO və Avropa İttifaqı çərçivəsində mövcud mexanizmlərə bənzər əlavə təhlükəsizlik təminatlarının daxil edilməsini təklif etsə də, Polşa bu təşəbbüsü dəstəkləməyib.
Nəticədə, yeni müqavilədə yalnız tərəflərin NATO və Avropa İttifaqı qarşısında mövcud öhdəlikləri və məsuliyyətləri öz əksini tapacaq. Əlavə təhlükəsizlik zəmanətləri isə sənədə daxil edilməyəcək.
Bununla yanaşı, saziş hərbi sahədə praktiki əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Planlara əsasən, Almaniyanın mühəndis hərbi bölmələri Polşa ərazisində həyata keçirilən “Şərq Qalxanı” layihəsi çərçivəsində fəaliyyət göstərəcək.