Odlar.media xəbər verir ki, Braziliya millisinin ulduz futbolçusu Neymar beşinci dəfə ata olub.
Futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək qız övladının dünyaya gəldiyini açıqlayıb. Məlumata görə, Neymarın qızı 2026-cı il dünya çempionatı zamanı dünyaya gəlib.
Hazırda Neymar sağ ayağının baldır nahiyəsindən aldığı zədədən sonra bərpa prosesini davam etdirir. Məhz bu səbəbdən o, Braziliya yığmasının 2026-cı il dünya çempionatında Mərakeşlə keçirdiyi və 1:1 hesabı ilə başa çatan açılış oyununda iştirak edə bilməyib.
Braziliya millisinin liderinin iyunun 20-də Haiti yığmasına qarşı keçiriləcək qrup mərhələsinin ikinci tur matçında oynayıb-oynamayacağı hələ də dəqiqləşməyib. Bununla belə, yerli media Neymarın qarşıdakı görüşdə meydana çıxa biləcəyini yazır.
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.
