XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:51:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Güney azərbaycanlı vəkilin meyiti su bəndindən tapılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Qərbi Azərbaycan əyalətinin Sulduz (Nəqədə) rayonundan olan vəkil Məcid Pejumanın meyiti aşkarlanıb.
Bu barədə Sulduz rayonunun polis rəisi, polkovnik Yunis Ərcmənd məlumat verib.
Bildirilib ki, vəkilin meyiti rayon ərazisində yerləşən Həsənli su bəndindən çıxarılıb.
İlkin ekspertiza və baxış zamanı Məcid Pejumanın bədənində bir neçə güllə yarasının olduğu müəyyən edilib.
Hadisənin başvermə səbəbləri və ölümün şəraiti ilə bağlı araşdırmalar davam etdirilir. Rəsmi qurumlar hələlik insidentin təfərrüatları barədə əlavə məlumat açıqlamayıblar.

Etiketlər: