🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:05   •   🌡️ Bakı

Merz: “Ukraynada sülhə nail olmaq üçün ilk real imkan yaranıb”

Odlar.media xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Ukraynadakı münaqişənin həlli istiqamətində ilk dəfə real sülh imkanının yarandığını bəyan edib.
Kanslerin sözlərinə görə, G7 sammiti çərçivəsində iştirakçılar Ukrayna böhranını ətraflı müzakirə ediblər. O bildirib ki, hazırda G7 ölkələri vəziyyətin qiymətləndirilməsi məsələsində ortaq mövqedən çıxış edir.
“Yenilik ondan ibarətdir ki, bütün G7 tərəfdaşları vəziyyətin qiymətləndirilməsində həmfikirdir. Düşünürəm ki, bu, çox müsbət xəbərdir”, – deyə Merz vurğulayıb.
Almaniya hökumətinin başçısı hesab edir ki, Ukraynada sülhə nail olmaq üçün ilk dəfə real şans yaranıb.
Fridrix Merz eyni zamanda Kiyevə dəstəyin davam etdiriləcəyini, eləcə də Rusiyaya qarşı təzyiqlərin artırılması istiqamətində fəaliyyətlərin sürdürüləcəyini qeyd edib.