Bakının bir sıra əsas prospekt və yollarında sıxlıq müşahidə olunur – siyahı açıqlanıb
Odlar.media xəbər verir ki, Bakı şəhərində bir sıra əsas küçə və prospektlərdə nəqliyyat sıxlığı qeydə alınıb. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən açıqlanıb.
Məlumata görə, hazırda paytaxtın müxtəlif istiqamətlərində avtomobillərin hərəkətində yüklənmə və tıxac müşahidə edilir:
Heydər Əliyev prospekti – əsas yol, mərkəz istiqamətində sıxlıq var
Bakı–Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində yüklənmə müşahidə olunur
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində sıxlıq yaranıb
20 Yanvar dairəsi – nəqliyyat axınında intensivlik qeydə alınıb
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” istiqamətində hərəkət çətindir
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq var
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində hərəkət ləngiyib
NİİM sürücülərə alternativ marşrutlardan istifadə etməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edir.
