Odlar.media xəbər verir ki, Sumqayıt şəhərinin Qurd dərəsi adlanan ərazisində yanğın hadisəsi qeydə alınıb.
Məlumata görə, hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evinin həyətində yerləşən köməkçi tikilidə baş verən yanğının genişlənməsinin və yaxınlıqdakı ev və obyektə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində köməkçi tikili yanıb, lakin fərdi yaşayış evi və yaxınlıqdakı obyekt yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
