XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:46:56 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Hikmət Hacıyev və Armen Qriqoryan arasında Ermənistanın Dilican şəhərində görüş keçirilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Ermənistanın Dilican şəhərində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş baş tutub.
Məlumata görə, görüş zamanı Azərbaycan-Ermənistan sülh gündəliyi çərçivəsində bir sıra məsələlər müzakirə olunub, regionda davamlı sülh və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılıq əldə olunub və növbəti görüşün Azərbaycanda keçirilməsi təsdiqlənib.

Etiketlər: