Odlar.media xəbər verir ki, ABŞ-ın Ohayo ştatında 83 yaşlı Nensi Anders vəsiyyətinə zidd şəkildə səhvən kremasiya edilib.
Məlumata görə, 2025-ci il mayın 28-də vəfat edən qadın həyat yoldaşının yanında dəfn olunmağı və mərasimin bütün detallarını əvvəlcədən planlaşdırmağı vəsiyyət edib. Ailə mərhumun cəsədini dəfn evinə təhvil verərək hazırlıqlara başlayıb.
Lakin yaxınlarının bildirdiyinə görə, təxminən 10 gün sonra onlara müəssisə əməkdaşlarının cəsədi səhvən yandırdığı barədə məlumat verilib. Dəfn evi hadisəni texniki səhv kimi izah edib.
Ailə baş verənlə bağlı hüquqi addım ataraq məhkəməyə müraciət edib.
Qeyd edilib ki, oxşar hadisə əvvəl də Turin şəhərində baş verib və morq əməkdaşlarının cəsədləri qarışdırdığı bildirilmişdi.
