Odlar.media xəbər verir ki, Əməkdar artist Mətanət İsgəndərli qızının gələcək fəaliyyəti ilə bağlı arzularını bölüşüb.
Sənətçi bu barədə “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, qızının gələcəklə bağlı hansı planlar qurduğunu dəqiq bilmir, lakin onun aparıcı və ya bloger kimi fəaliyyət göstərməsini arzulayır.
Mətanət İsgəndərlinin sözlərinə görə, qızı ikinci övladını dünyaya gətirdikdən sonra müəyyən çətinliklərlə üzləşdiyi üçün qış aylarında Bakıya gəlib, hazırda isə yenidən Türkiyəyə qayıtmağa hazırlaşır.
“Onun planlarından xəbərsizəm, amma aparıcı və ya bloger olmasını çox arzulayıram. Müğənni olmasını nə özü istəyir, nə də mən. İstəyərəm ki, yaxşı aparıcı, insanlara faydalı məzmun təqdim edən bloger olsun. Amma bu, yenə də onun öz qərarıdır”, – deyə sənətçi qeyd edib.
