Odlar.media xəbər verir ki, Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimlərindən olan Hidayət Orucov vəfat edib.
Məlumata görə, sabiq diplomatın vəfatı barədə məlumatı yaxınları sosial şəbəkələrdə paylaşıblar. Hidayət Orucov 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, milli siyasət məsələləri üzrə Dövlət müşaviri, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin vəzifəsini icra edib.
Hidayət Orucov diplomatik fəaliyyəti dövründə də ölkəsini beynəlxalq arenada təmsil edib. O, 2012–2021-ci illərdə Azərbaycanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi çalışıb.
Allah rəhmət eləsin.
