🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Sabah Azərbaycanda hava necə olacaq? – İyunun 14-nə olan proqnoz açıqlandı

 

Odlar.media xəbər verir ki, iyunun 14-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi ərazilərdə qısamüddətli yağışın yağma ehtimalı var. Şimal-qərb küləyi səhər saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18–22°, gündüz isə 27–32° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı olaraq 755 mm civə sütunu səviyyəsində olacaq, nisbi rütubət isə gecə 70–75%, gündüz 50–55% arasında dəyişəcək.
Rayonlarda isə hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacaq, ayrı-ayrı ərazilərdə intensiv xarakterli yağıntı, şimşək və dolu hadisələri istisna olunmur. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman müşahidə edilə bilər. Mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 18–22°, gündüz 29–34° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 10–15°, gündüz 18–23°, bəzi yerlərdə 25–30° isti müşahidə olunacaq.