XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:14:18 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Nərimanovda 5 min dollar oğurluğu ilə bağlı saxlanılan şəxs müəyyən edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, zərərçəkmiş polisə müraciət edərək gödəkcəsinin cibindən 5 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun restoranlardan birində zərərçəkmişin paltar dolabına asdığı gödəkcənin cibindən pul vəsaitini götürdüyü müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Etiketlər: