🌐 Keçmişin izi, gələcəyin sözü
25 Avqust 2026, saat 15:44   •   🌡️ Bakı

“Adam…” – Ələkbər Salahzadənin yadda qalan sözləri

 

Bir də gördün beşikdi adam,
bir də gördün bəbədi.
Bir də gördün uşaqdı adam,
bir də gördün babadı.

Bir də gördün oğuldu adın,
bir də gördün atadı.
Bir də gördün yox oldu adam,
bir də gördün fotodu.

Bir də gördün oddu adam,
bir də gördün ot oldu
Bir də gördün adamdı adam,
bir də gördün ad oldu.

 

Müəllif: Ələkbər Salahzadə 

Mənbə: Odlar.media