🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:40   •   🌡️ Bakı

Sagrada Familia dünyanın ən hündür xristian məbədi oldu

Odlar.media xəbər verir ki, İspaniyanın Barselona şəhərində yerləşən məşhur Sagrada Familia məbədinin ən yüksək hissəsi hesab edilən İsa Məsih qülləsinin tikintisi başa çatıb. Bununla da tarixi abidə dünyanın ən hündür xristian məbədi statusunu qazanıb.
Qüllənin zirvəsinə şüşə və poladdan hazırlanmış, çəkisi təxminən 100 ton olan nəhəng xaç quraşdırılıb. Hündürlüyü 172,5 metrə çatan qüllə Sagrada Familianın ən yüksək nöqtəsinə çevrilib.
Məbədin tikintisinə 1882-ci ildə başlanılıb. Layihənin müəllifi olan məşhur katalon memarı Antonio Qaudi həyatının 40 ilini bu möhtəşəm memarlıq əsərinə həsr etsə də, 1926-cı ildə vəfat etdiyi üçün tikintinin tamamlanmasını görə bilməyib.
İsa Məsih qülləsinin açılış və təqdis mərasimi 10 iyun 2026-cı ildə, Antonio Qaudinin vəfatının 100-cü ildönümündə keçirilib.
Bununla belə, Sagrada Familia layihəsi hələ tam yekunlaşmayıb. Növbəti mərhələdə məbədin daxili bəzək işlərinin və əsas giriş hissəsinin tikintisinin davam etdirilməsi nəzərdə tutulur.