Odlar.media xəbər verir ki, aparıcı efirdə türkiyəli müğənnilər və barədə sərt fikirlər səsləndirib.
Aparıcı bildirib ki, sənətçilərin Bakıda konsert zamanı nümayiş etdirdikləri davranış və səhnə geyimi onu məyus edib.
“Yandım, töküldüm ki, o gündə səhnəyə çıxdı. Beş qram ona hörmətim var idi, yerlə yeksan oldu. Nə ixtiyarla mənim xalqımın qarşısına küçədə geyindiyin geyimdə çıxdın? Başqa yerə kostyumda gedirsən. Hər kəs tamaşaçıya hörmət etməlidir”, – deyə Vüsalə Əlizadə vurğulayıb.
O, həmçinin uşaqlıqdan sevdiyi sənətçilərdən biri olan Çelikin də son səfəri zamanı tamaşaçılara qarşı laqeyd münasibət sərgilədiyini iddia edib.
Aparıcının sözlərinə görə, sənətçinin davranışı və sonradan sosial şəbəkələrdə yazdığı cavablar da birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Vüsalə Əlizadənin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
