Odlar.media xəbər verir ki, Türkiyə İran İslam Respublikasındakı diplomatik nümayəndəliyinə yeni rəhbər təyin edib.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr və Protokol İdarəsinin müdiri Əhməd Aydın Doğan ölkənin Tehrandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib.
Məlumata görə, təyinat Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən açıqlanan yeni diplomatik kadr dəyişiklikləri çərçivəsində həyata keçirilib. Bununla da Əhməd Aydın Doğan Ankaranın Tehrandakı diplomatik missiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin İrandakı səfiri vəzifəsini fars dili və ədəbiyyatı üzrə mütəxəssis kimi tanınan Hicabi Kırlanğıç icra edirdi.
