XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:24:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

İlham Əliyev Portuqaliya Prezidentini milli bayram münasibətilə təbrik edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti António José Seguro ünvanına təbrik məktubu göndərib.
Təbrik məktubunda dövlət başçısı Portuqaliya Prezidentini və ölkə xalqını səmimi-qəlbdən təbrik edərək ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev Azərbaycan ilə Portuqaliya arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin gələcəkdə də davam etdiriləcəyinə inamını bildirib.
Dövlət başçısı məktubunda Antoniu Joze Sequruya möhkəm cansağlığı və xoşbəxtlik, Portuqaliya xalqına isə daim rifah və firavanlıq arzulayıb.

Etiketlər: