Odlar.media xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə müavinlər təyin edilib.
Məlumata görə, şuranın sədri, Milli Məclisin deputatı Eldar Quliyev müvafiq əmrlər imzalayıb.
Əmrlə parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini təyin olunub.
Bundan əlavə, bir sıra tanınmış şəxslər də AAŞ sədrinin müavini vəzifəsinə yenidən təyin ediliblər. Onların sırasında Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov, deputat Ağalar Vəliyev, “Gəncəli” İstehsalat-Kommersiya şirkətinin rəhbəri Bayram Yusifov, Auditorlar Palatasının sədri Vahid Novruzov, sabiq deputat Tahir Süleymanov və Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov yer alıb.
Qeyd edilib ki, bu şəxslər əvvəl də Ağsaqqallar Şurasında eyni vəzifələrdə çalışıblar və qurultaydan sonra rəhbərlik yenidən formalaşdırılıb.
