Odlar.media xəbər verir ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasiminin vaxtı ilə bağlı rəsmi açıqlama yayılıb.
Məlumata görə, bu barədə Tasnim News Agency-ə istinadən məlumat verilib.
Açıqlamada bildirilib ki, sabiq Ali Rəhbərin vida və dəfn mərasimi iyunun 26-dan sonra, Məhərrəm ayının ilk ongünlüyü başa çatdıqdan sonra keçiriləcək. Dəqiq tarix və digər detallarla bağlı məlumatın daha sonra ictimaiyyətə açıqlanacağı qeyd olunub.
Qeyd olunub ki, son günlər mediada mərasimin vaxtı ilə bağlı müxtəlif iddialar yayılsa da, bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Məlumata əsasən, Xamenei vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində yerləşən İmam Rza türbəsində dəfn ediləcək.
Xatırladaq ki, daha əvvəl yayılan iddialara görə, Xameneinin fevralın 28-də Tehranda ABŞ və İsrailin birgə hücumu zamanı həyatını itirdiyi və onun yerinə oğlu Müctəba Xameneinin seçildiyi bildirilmişdi.
