🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Azərbaycanda quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Odlar.media xəbər verir ki, Azərbaycanda quş qripi və Nyukasl xəstəliyinə dair aparılan genişmiqyaslı monitorinqlərin nəticələri açıqlanıb.
Məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb. Bildirilib ki, 2025-ci ilin noyabr–dekabr aylarını, həmçinin 2026-cı ilin yanvar–may dövrünü əhatə edən monitorinqlər ölkənin müxtəlif bölgələrində həyata keçirilib.
Baxışlar zamanı su-bataqlıq əraziləri, dənizkənarı zonalar, milli parklar, qoruqlar, ovçuluq təsərrüfatları, çay və su anbarlarının ətrafı nəzarətdə saxlanılıb. Vəhşi quşlara klinik baxış keçirilib, müxtəlif növ quşlardan laborator analiz üçün nümunələr götürülüb.
Eyni zamanda, quşçuluq müəssisələri, kəsim məntəqələri, ailə təsərrüfatları, bazarlar, zooparklar və dekorativ quş saxlanılan məkanlarda da yoxlamalar aparılıb, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər görülüb.
Laborator müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi virusuna və ya xəstəliyə şübhəli hallara rast gəlinməyib. Həmçinin ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və heç bir yoluxma faktı aşkarlanmayıb.