Odlar.media xəbər verir ki, “BakıKart” plastik kartlarının satış qiymətinin 2 manatdan 3 manata qaldırılmasının səbəbi məlum olub.
Modern.az-ın qurumdan əldə etdiyi məlumata əsasən, “BakıKart”lar 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və bu müddət ərzində satış qiymətində heç bir dəyişiklik edilməyib.
Bildirilib ki, son illər ərzində kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində artım müşahidə olunduğuna görə qiymətə yenidən baxılması zərurəti yaranıb.
Qeyd edilib ki, kartın balansı və gediş haqlarında heç bir dəyişiklik nəzərdə tutulmur. Artım yalnız yeni alınacaq “BakıKart”ların satış qiymətinə şamil olunur.
