🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:56   •   🌡️ Bakı

DTX-nin rəqəmsal analitika sistemi dövlət informasiya resurslarına inteqrasiya ediləcək

Odlar.media xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin bir sıra dövlət informasiya resursları ilə inteqrasiyasını nəzərdə tutan qərar qəbul edib.
Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, DTX-nin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq dövlət informasiya sistemlərinin siyahısına daxil edilib.
Bundan əlavə, sistemin 2026-cı ilədək “Lisenziyalar və icazələr” portalına inteqrasiyası təmin ediləcək. Bu inteqrasiya vasitəsilə DTX tərəfindən verilən lisenziya və icazələrə dair məlumatların elektron qaydada təqdim olunması mümkün olacaq.
Həmçinin DTX-nin informasiya sistemi “Yüksəkixtisaslı miqrant” portalı ilə inteqrasiya ediləcək informasiya sistemləri siyahısına da əlavə olunub.