XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:58:36 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda hava yağmursuz keçəcək, bölgələrdə isə yağıntı və şimşək gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Odlar.media xəbər verir ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində şimal-şərq küləyi əsəcək, gündüz saatlarında isə cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17–19°, gündüz isə 27–32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70–75 %, gündüz 45–50 % səviyyəsində olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında isə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi proqnozlaşdırılır. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında bəzi bölgələrdə duman müşahidə olunacaq.
Şərq küləyinin əsəcəyi bölgələrdə havanın temperaturu gecə 16–20°, gündüz 28–33° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8–13°, gündüz 15–20°, bəzi yerlərdə isə 23–27° isti arasında dəyişəcək.

Etiketlər: