Odlar.media xəbər verir ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində fənn müəllimlərinin işə qəbulu prosesinə start verilib.
Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllim qəbulu aşağıdakı təhsil müəssisələri üzrə aparılacaq:
Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbi;
Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi;
Qax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi;
Zaqatala şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbi;
Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi.
Bildirilib ki, sözügedən təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik və peşəkar pedaqoji heyət tərəfindən təşkil olunacaq.
Bu səbəbdən qeyd edilən məktəblərdə fəaliyyət göstərmək və gələcək nəslin formalaşmasına töhfə vermək istəyən müəllimlər müsahibədə iştirak etməyə dəvət olunurlar.
Müsahibəyə ali təhsilli, Müəllimlərin İşə Qəbulu (MİQ), Diaqnostik Qiymətləndirmə (DQ) və ya sertifikatlaşdırma üzrə nəticəsi 85 faiz və daha yüksək olan namizədlər qatıla bilərlər.
Qeydiyyat üçün son tarix 30 iyun müəyyən edilib.
