🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 02:39   •   🌡️ Bakı

Peskov: ABŞ nümayəndə heyətini qəbul etməyə hazırıq

Odlar.media xəbər verir ki, Rusiya ABŞ nümayəndə heyətini qəbul etməyə hər zaman hazırdır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında, eləcə də ABŞ və Ukrayna tərəfləri arasında təmaslar davam edir.
“ABŞ-la əlaqələr həm bizimlə, həm də ukraynalılarla davam edir. Onların bizə gəlməsinin dəqiq tarixi hələ müəyyənləşməyib. Biz istənilən vaxt onları qəbul etməyə hazırıq”, – deyə Peskov qeyd edib.
Kreml sözçüsü əlavə edib ki, yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının keçirilməsi planlaşdırılmır.
Dmitri Peskov, həmçinin bildirib ki, ABŞ tərəfi Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən görüşün nəticələri barədə Rusiyaya hər hansı məlumat təqdim etməyib.