Odlar.media xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun yaydığı məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş, 43 yaşlı Cavat Qasımov saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Cavat Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
