Odlar.media xəbər verir ki, Ermənistanın mayın 28-də İrəvanda keçirilən hərbi paradında nümayiş etdirilən Rusiya istehsalı olan “Tor-M2KM” zenit-raket sistemlərinin ölkə tərəfindən yaxın vaxtlarda alındığı açıqlanıb.
Bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan məlumat verib.
Asryanın sözlərinə görə, hərbi parad zamanı nümayiş etdirilən “Tor” zenit-raket kompleksləri Ermənistanın son dövrdə əldə etdiyi yeni silah sistemlərindəndir.
“Parad zamanı bu yaxınlarda aldığımız Rusiyanın “Tor” raketlərini gördünüz”, – deyə Baş Qərargah rəisi bildirib.
Qeyd edək ki, mayın 28-də İrəvanda keçirilən hərbi paradda Ermənistanın silahlanmasında yer alan müxtəlif ölkələrin istehsalı olan hərbi texnika və silah nümunələri nümayiş etdirilib. Paradda Rusiya, Fransa, Hindistan, Çin, İran və Belçika istehsalı olan hərbi vasitələr də yer alıb.
