🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:10   •   🌡️ Bakı

Naxçıvanda Yol Fondunun vəsaitlərinin istifadəsi qaydası dəyişdirildi

Odlar.media xəbər verir ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun vəsaitlərinin Naxçıvan Muxtar Respublikasında xərclənməsi qaydalarında dəyişiklik edilib.
Bu barədə qərarı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev imzalayıb.
Yeni qaydaya əsasən, fondun hesabında ilin sonuna istifadə olunmamış qalan vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürüləcək.
Əvvəlki qaydalara görə isə fondun hesabında ilin sonuna qalan vəsait növbəti ilin gəlirlərinə daxil edilərək yenidən fondun sərəncamında qalırdı.
Qeyd edək ki, dəyişiklik büdcə vəsaitlərinin idarə olunması mexanizminin təkmilləşdirilməsi və maliyyə resurslarının daha səmərəli istifadəsinin təmin edilməsi məqsədi daşıyır.